AZ

"Starbucks"ın qlobal satışları və gəlirləri azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Starbucks"ın qlobal satışları 3 aylıq dövrdə azalıb.

Banco.az xəbər verir ki, iyunun 30-da başa çatan üç aylıq dövrü maliyyə təqvimində üçüncü rüb hesab edən qəhvə restoranları şəbəkəsi "Starbucks" balans hesabatını açıqlayıb.

Hesabata görə, "Starbucks"ın qlobal mağaza satışları sözügedən dövrdə 3 faiz azalıb. Şirkətin Şimali Amerikadakı satışları 2 faiz, beynəlxalq satışları isə 7 faiz azalıb.

"Starbucks"ın ümumi xalis gəliri aprel-iyun dövründə 0,6 faiz azalaraq 9,11 milyard dollar hesablanıb. Şirkətin ümumi xalis gəliri ötən ilin eyni dövründə 9,16 milyard dollar olub.

Bazar proqnozları bu dövrdə şirkətin gəlirinin 9,24 milyard dollar olacağı istiqamətində idi.

"Starbucks"ın ötən ilin aprel-iyun dövründə 99 sent olan səhm başına mənfəəti də bu ilin eyni dövründə 93 sentə enib.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
1
banco.az

10Mənbələr