İyunun 30-da başa çatan üç aylıq dövrü maliyyə təqvimində 4-cü rüb hesab edən “Microsoft”, balans hesabatını açıqladı.

İndex.az xəbər verir ki, buna görə şirkətin gəlirləri aprel-iyun dövründə keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 15 artaraq 64,7 milyard dollara çatıb.

“Microsoft” ötən ilin aprel-iyun dövründə 56,2 milyard dollar gəlir əldə edib.

Bu müddət ərzində şirkətin gəliri bazar gözləntilərini üstələyib. “Microsoft”un xalis mənfəəti eyni dövrdə yüzdə 10 artaraq 22 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 20,08 milyard dollar olub.

Şirkətin səhm üzrə qazancı bu müddət ərzində 2,69 dollardan 2,95 dollara yüksəlib. Sözügedən dövrdə “Microsoft”un mənfəəti də bazar gözləntilərini üstələyib.