AZ

WSJ: ABD, Ukrayna'ya gönderilecek F-16'ları gelişmiş silah sistemleriyle donatacak

ABŞ rəhbərliyinin bu yay Ukraynaya göndəriləcək F-16-ları qabaqcıl silah və raket sistemləri ilə təchiz edəcəyi iddia edilib.

Turkustan.az xəbər verir ki, Amerikanın “Wall Street Journal” (WSJ) qəzetinin yüksək rütbəli bir ABŞ rəsmisinə əsaslanaraq verdiyi xəbərə görə, Pentaqon Kiyevin bəzi NATO üzvü ölkələrdən alacağı F-16-ları yüksək texnologiyalı avadanlıqlarla silahlandıracaq.

Pentaqon Ukraynaya veriləcək F-16-ları “hava-hava” və “hava-yer” raket sistemləri, həmçinin idarə olunan raket sistemləri və digər yüksək texnologiyalı silahlarla təchiz edəcək.

Müvafiq olaraq, F-də AGM-88 HARM hava-yer raket sistemləri, idarə olunmayan raketləri idarə olunan raketlərə çevirən JDAM dəstləri, orta mənzilli AMRAAM hava-hava raket sistemləri və qısa mənzilli AIM-9X raket sistemləri quraşdırılacaq.

ABŞ Ukraynaya birbaşa F-16 göndərməsə də, NATO-nun əvvəlki Sammitində digər NATO ölkələri Belçika, Danimarka, Hollandiya və Norveçin Ukraynaya təxminən 80 ədəd F-16 göndərməsi qərara alınıb.

Bu yay hissə-hissə Kiyevə göndərilməsi gözlənilən F-16-ların Rusiyaya qarşı hava məkanını qorumaqda Ukraynanın əlini gücləndirəcək bir addım kimi qiymətləndirilir.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
2
turkustan.az

10Mənbələr