AZ

Ukraynada F-16-nı idarə etməyi öyrənmiş neçə pilot  var? - The Telegraph

Avqustda Ukraynaya təhvil veriləcək F-16 qırıcılarını idarə etmək üçün yalnız altı ukraynalı pilot təlim proqramını başa vurub. Ümumilikdə, bu il Ukrayna yalnız bir F-16 eskadronu, təxminən 20 qırıcı alacaq, bu isə gözləniləndən xeyli azdır.

Qaynarinfo xəbər  verir ki, bu barədə  The Telegraph yazıb.

Ukrayna prezidenti Vladimir Zelenski və Ukrayna hərbçiləri Qərb qırıcılarının tədarükü ilə bağlı məyus olduqlarını bildirərək, onların çox az, çox gec olduğunu bildiriblər. Onlar qeyd ediblər ki, F-16-lar nəhayət Ukraynaya gələndə onların ümid etdikləri həlledici amil olmayacaq.

Səbəblərdən biri onların müdafiə məqsədi ilə yerləşdiriləcəyidir, çünki Rusiya Federasiyası hələ də səmaya nəzarət edir və bütün cəbhə xətti boyunca hava hücumundan müdafiə sistemləri quraşdırıb ki, bu da F-16-nı risk altında qoyur. "Biz hava hücumundan müdafiə təhlükəsi səbəbindən ruslara çox yaxın məsafədə qırıcılardan istifadə etməyəcəyik", - Ukrayna rəsmilərindən biri deyib.

Nəşr qeyd edib ki, məsələn, Rusiyanın aviasiya üzrə ixtisaslaşan "Fighterbomber” Telegram kanalı artıq altı pilotla Ukraynanın eyni vaxtda cəmi 2 qırıcı idarə edə biləcəyini bəyan edib, çünki bir pilot bütün sutkanı işləyə bilməz.

"İki pilot gündə maksimum 10 uçuş deməkdir, bütün Ukrayna üçün 10 F-16 qırıcı heç bir şeydir", - "Fighterbomber” yazıb.

Qeyd edək ki, Ukrayna hakimiyyəti iki ildir ki, Rusiyanın səmada hökmranlığına qarşı çıxmaq üçün Qərb müttəfiqlərindən F-16 qırıcıları istəyir.

Danimarka, Hollandiya, Norveç və Belçika tərəfindən Ukraynaya ümumilikdə 80 ədəd F-16 qırıcısı vəd edilib. Lakin əvvəllər onlara böyük ümidlər bəslənsə də, tədarük o qədər gecikib ki, gəlişi mənasız ola bilər. Bəzi hərbi ekspertlər hətta bu qırıcılardan istifadənin müharibənin gedişatını dəyişdirə biləcəyini proqnozlaşdırdılar.

Alpər
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
42
qaynarinfo.az

10Mənbələr