AZ

Ukrayna məyusdur: indiyədək cəmi 6 ukraynalı “F-16” qırıcılarını idarə etməyi öyrənib

Avqustda Ukraynaya təhvil verilməli olan F-16 qırıcılarını idarə etmək üçün yalnız altı ukraynalı pilot təlim proqramını başa vurub.

Lakin ümumilikdə bu il Ukrayna yalnız bir F-16 eskadronu, təxminən 20 qırıcı alacaq ki, bu da gözləniləndən xeyli azdır.

Editor.az bildirir ki, bu barədə “The Telegraph” yazıb. Ukrayna prezidenti Vladimir Zelenski və Ukrayna hərbçiləri Qərb qırıcılarının tədarükü ilə bağlı məyus olduqlarını bildirərək, onların çox az, çox gec olduğunu bildiriblər. Onlar qeyd ediblər ki, F-16-lar nəhayət Ukraynaya gələndə, ümid etdikləri həlledici amil olmayacaq. Səbəblərdən biri onların yalnız müdafiə məqsədləri üçün yerləşdiriləcəyidir. Çünki Rusiya hələ də səmaya nəzarət edir və bütün cəbhə xətti boyunca hava hücumundan müdafiə sistemləri quraşdırıb ki, bu da F-16-nı risk altında qoyur.

“Biz hava hücumundan müdafiə təhlükəsi səbəbindən qırıcılardan ruslara çox yaxın istifadə etməyəcəyik”, – Ukrayna rəsmilərindən biri deyib. Nəşr qeyd edib ki, Rusiyanın aviasiya üzrə ixtisaslaşan “Fighterbomber” Telegram kanalı bildirib ki, “altı pilotla eyni vaxtda cəmi 2 qırıcı idarə etmək mümkündür, çünki pilot sutka boyu işləyə bilməz. İki pilot isə gündə maksimum 10 döyüş uçuşudur. Baxmayaraq ki, bütün Ukrayna üçün 10 döyüş uçuşu belə heç nədir”, “Fighterbomber” yazıb.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
42
editor.az

10Mənbələr