AZ

ABŞ Ukraynanın F-16 qırıcılarını müasir silahlarla təchiz edəcək

ABŞ Ukraynanın F-16 qırıcılarını müasir silahlarla təchiz edəcək.

 

Modern.az xəbər verir ki, bunu WSJ nəşri yazıb.

 

Nəşr yazır ki, Birləşmiş Ştatlar Ukraynaya göndərilən onlarla F-16 döyüş təyyarəsini Amerika istehsalı olan raketlər və digər müasir silahlarla təchiz etməyə razılıq verib.

 

Danimarka və Niderland bu yay Amerika istehsalı olan ilk F-16-ları Ukraynaya göndərməyə hazırlaşır. Ancaq indiyə qədər təyyarə üçün kritik silahların mənbəyi məsələsi həll edilməmiş qalıb.

 

Pentaqonun məhdud ehtiyatları və istehsal imkanları olsa da, Ukraynanı ən aktual ehtiyaclarını ödəmək üçün kifayət qədər miqdarda hava-yer döyüş sursatları, dəqiq bomba bələdçi dəstləri və qabaqcıl hava-hava raketləri ilə təmin edəcək.

 

"Əminik ki, bütün bu silahları ən azı onların ehtiyac duyduğu kritik həcmdə təmin edə biləcəyik", - deyə qeyd olunub.
 - amerikalı rəsmi bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
42
modern.az

10Mənbələr