AZ

Sərxoş sürücülər azalıb

Hər bir sürücü birmənalı olaraq yol hərəkəti qaydalarına əməl etməyə borcludur. İndi gələn görək bütün sürücülər  bu qayda- qanuna əməl edirmi?! Əlbəttə, yox!      

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının apardığı tədbirlər nəticəsində məlum olur ki, hələ sükan arxasında sərxoş vəziyyətdə avtomobil idarə edən, manevr qaydasını pozan, dayancaqları zəbt edən, dayanma və durma qaydalarına əməl etməyən  kifayət qədər sürücülər var. Heç şübhəsiz belə sürücülərə qarşı yol polisi mütəmadi olaraq qabaqlayıcı tədbirlər görür, onlar maarifləndirir, lazım gələndə isə inzibati məsuliyyətə cəlb edir.

 Bakı Şəhər Dövlət Yol Polisi  Alayının 5- çi tağımda  20 yanvar və " Şamaxinka" istiqamətində hərəkətin təhlükəsizliyini bir qayda olaraq yüksək səviyyədə təmin edir. Belə ki, bu ünvanlarda  dayanma, durma qaydalarını pozanlar, avtobus dayanacaqları zəbt edənlər, nəqliyyat vasitələrinin konstruksiyasında dəyişikliyə yol verənlər və digər qayda pozuntusu yaradanlar məsuliyyətdən kənarda qalmır.

5- ci tağımın komandiri Nurlan  Əliyev deyir ki, həyata keçirilən tədbirlər nəticəsində son vaxtlar belə qayda pozuntusuna yol verən  sürücülərin  sayı xeyli azalıb. O cümlədən sərxoş sürücülər də bir o qədər çox deyil. Çünki tağımımızın  əməkdaşları bütün qayda pozuntularına qarşı vaxtaşırı mübarizə aparır.  Ən çox da kobud qayda pozuntularına yol  verənlər diqqətimizdən yayınmır və onlar kimliyindən  asılı olaraq   məsuliyyətə cəlb olunurlar. Sürücülərə tövsiyəmiz odur ki, avtobus dayanacaqlarını zəbt etməsinlər və dayanma, durma qaydalarını  pozmasınlar!!!

Emil Faiqoğlu               

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
17
adalet.az

10Mənbələr