AZ

Yeməkdən imtina edən sərnişin şübhə doğurdu - Qarnından görün nə çıxdı?

5 saatlıq uçuş zamanı yeməkdən qəti şəkildə imtina edən sərnişin Dehli Beynəlxalq Hava Limanında həbs edilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, vaxtaşırı kişiyə yemək və içki təklif olunsa da, o, isə hər dəfə imtina edib.

Bir neçə imtinadan sonra təyyarə heyyəti komandirə qəribə sərnişin haqqında məlumat verib. Pilot da öz növbəsində mühafizə xidmətinə müraciət edib. Təyyarə eniş etdikdən sonra polis sərnişini saxlayıb.

Müayinə zamanı onun düz bağırsağında gizlətdiyi qızılları qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd etdiyi məlum olub. Ümumilikdə dörd oval kapsulda 1096,76 qram qiymətli metal olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
17
milli.az

10Mənbələr