AZ

Sərxoş halda avtomobil idarə edən din xadimi HƏBS OLUNDU/FOTO

Qazaxıstanda Kostanay vilayətinin baş imamı Baxitbek Tajimbet sərxoş halda avtomobil idarə etdiyinə görə 15 sutka həbs edilib.

Musavat.com daryo.uz-a istinadən xəbər verir ki, Qazaxıstan Müsəlmanlarının Dini İdarəsi imamı vəzifəsindən uzaqlaşdıraraq müsəlmanlardan üzr istəyib.

Məlumata görə, hadisə iyulun 23-də baş verib.

Belə ki, Burabaydakı gecə klublarından birinin yaxınlığında sərxoş halda avtomobil idarə edən din xadimi məhkəmənin qərarı ilə 7 il sürücülük vəsiqəsindən də məhrum edilib.

Onun təqsiri istintaqla sübuta yetirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
17
kaim.az

10Mənbələr