AZ

Şirvanda sakinini daşla vuraraq dişləyən sərxoş gəncə cəza verildi

Şirvan Şəhər Məhkəməsində xuliqanlıqda, qəsdən sağlamlığa yüngül zərər vurmada və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə təqsirləndirilən Raqib Eyvazovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aydan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.  

 

Məhkəmənin hökmü ilə ona 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 

 

İttihama görə, hadisə 14 oktyabr 2023-cü il tarixdə, saat 04:20 radələrində Şirvan şəhəri ərazisində qeydə alınıb. Belə ki, sərxoş vəziyyətdə olan Raqib Eyvazov, qardaşı və dostu ilə birlikdə dostunun avtomobilində olub. Avtomobillə hərəkətdə olan zaman Şirvan Şəhər Polis Şöbəsinin YPX əməkdaşları “saxla” əmrini verib. Polislər sürücünün sərxoş vəziyyətdə olduğunu görərək maşını duracağa yerləşdirilməli olduğunu bildiriblər. Lakin onlar narazılıq edib. Əraziyə isə Şirvan Şəhər Polis Şöbəsinin Patrul Xidməti Bölüyünün əməkdaşları cəlb edilib. Bu zaman Raqib yerdən götürdüyü daş ilə Patrul Xidməti Bölüyünün manqa komandiri, polis baş serjantı, zərərçəkmiş S.Vahidovun üz nahiyəsinə bir dəfə vurub və onun sol əlindən dişləyib. Sonra təqsirləndirilən şəxs həmin daşla Şirvan Şəhər Polis Şöbəsinin balansında olan “Fiat Doblo” markalı patrul avtomobilinin sol arxa qapının pəncərə şüşəsinə ataraq sındırıb.

 

Daha sonra Raqib Eyvazov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

 

Kamal Məmmədov

Tarix: 17 İyul 2024, 09:22   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
17
pravda.az

10Mənbələr