AZ

Ukrayna pilotsuz təyyarələri hücuma keçdi

Ukrayna Silahlı Qüvvələrinin (AFU) pilotsuz uçuş aparatlarının Krasnodar diyarının Kavkaz limanına hücumu nəticəsində 5 nəfər yaralanıb.

 

Oxu24.com  bu barədə regionun əməliyyat xidmətlərinə istinadən xəbər verir.

 

Bir nəfər hücum zamanı ölüb.

Digər təfərrüatlar verilmir.

Krasnodar diyarının rəhbəri Veniamin Kondratyev Ukraynaya məxsus pilotsuz təyyarələrin Kavkaz limanına hücumu barədə məlumat verib. Onun sözlərinə görə, ekipaj üzvlərindən biri də yaralanıb.

İyulun 22-də Krasnodar diyarının Tuapse şəhərində neft emalı zavoduna pilotsuz təyyarə ilə hücumun görüntüləri internetə sızıb. Əməliyyat qərargahından verilən məlumata görə, gecə hücumlarından sonra PUA-nın dağıntıları səbəbindən neft anbarına ziyan dəyib.

Nigar

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
22
oxu24.com

10Mənbələr