AZ

“Qarabağda minaya düşən heyvanlarla bağlı beynəlxalq təşkilatlara etdiyimiz müraciət cavabsız qalıb” - FOTO  + ÖZƏL

“Bütün dünya faunanı, nəsli kəsilməkdə olan heyvanları qoruduğu bir halda Ermənistan belə bir hal törədir. İşğaldan azad olunmuş ərazilərdə hələ də mina təhlükəsi var. Vaxtilə basdırılan minalara görə faunamız məhv olur, heyvanlar minaya düşür. Bu faktlar qınanmalıdır. Ermənistanın terror fəaliyyəti pislənməlidir. Mən bunu təbiət düşmənləri, qəddarları adlandırardım”.
 
Bunu Moderator.az-a açıqlamasında “Bioloji Müxtəliflik Mərkəzi” İctimai birliyinin sədri, AMEA-nın aparıcı elmi işçisi Təvəkkül İsgəndərov deyib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə 1.5 milyondan çox mina və partlamamış hərbi sursat mövcuddur. 
 
 
“Erməni silahlı dəstələrinin minalanmanı davam etdirməsi nəticəsində bu ərazilərimizdə təkcə insanlarımıza deyil, həmçinin orada olan fauna növlərinə də xətərlər toxunmuşdur. Orada bizim yırtıcılar, iri məməlilər həm Azərbaycanın, həm də dünya faunasının qırmızı növünə düşüb. Biz terrosirtlərin faunaya göstərdiyi əməllərlə dünyanın heyvan müdafiəsi sahəsində tanınmış beynəlxalq qurumlarına xəbərdar etmək istədik. Bütün dünya bu faktları bilməlidir və reaksiyalar verməlidir. Çox təəssüf ki, beynəlxalq təşkilatlar hələ də müraciətimizi cavabsız qoyublar. O təşkilatların çoxu bildirir ki, biz elmlə məşğuluq, ekologiya ilə bağlı müraciətlər bizlik deyil. Çox az xalq eşidirik ki, erməniləri qınasın. Təsəvvür edin Azərbaycan tərəfindən belə bir hal olmuş olsaydı bütün dünya bar-bar bağırardı. Dünyada ikili siyasət deyilən bir fəaliyyət növü var. Bu faktlar gizlədilir, haqqında münasibət bildirilmir. Ümid edirik ki, beynəlxalq təşkilatlara ünvanladığımız müraciət cavabsız qalmayacaq və düşmənin faunamıza qarşı törətdiyi bu terrorun qarşısı alınacaq”, - deyə təşkilat sədri bildirib.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
22
moderator.az

10Mənbələr