AZ

Yüzlərlə rusiyalı uçuş gecikmələri səbəbindən Türkiyədə qalıb

Dalaman-Kazan reysi ilə uçan 350-dən çox rusiyalı sərnişin uçuşun 16 saat gecikməsi səbəbindən Türkiyədə qalıb.

 

Oxu24.com xəbər verir  ki, bu barədə “Business Online” məlumat yayıb.

 

Uçuşun iyulun 21-i saat 8:25-ə planlaşdırıldığı bildirilir, lakin Boeing 767-nin sıradan çıxması səbəbindən qeyri-müəyyən vaxta təxirə salınıb. Nəticədə, 350-dən çox insan, o cümlədən hamilə qadınlar və uşaqlar hava limanında qalıb. 

Sərnişinlər mediaya bildiriblər ki, aviaşirkətin əməkdaşları uçuş vaxtı barədə dəqiq məlumat vermirlər. Eyni zamanda, Tatarıstanın nəqliyyat prokurorluğunun nümayəndəsi turistləri götürmək üçün Moskvadan ehtiyat təyyarənin göndəriləcəyini bildirib. Nəticədə təyyarə Türkiyədən yalnız gecə yarısı havaya qalxaraq iyulun 22-də saat 4:35-də Tatarıstanın paytaxtına çatıb. Gecikmə təxminən 16 saat olub.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
22
oxu24.com

10Mənbələr