AZ

Türkiyədə otel və restoranlar pik turizm mövsümündə boş qalıb

Türkiyədə turizm sektorunun pik mövsümündə istirahət mərkəzlərinə kifayət qədər qonaq gəlmir, otellər boşdur, restoranlar endirimlər etmək məcburiyyətində qalıb. 
Moderator.az xəbər verir ki, bu barədə yerli “Sabah” qəzeti yazır.
 
“Çeşmə-Bodrum kimi məşhur kurortlardakı bəzi restoranlar giriş ödənişlərindən imtina edib, digərləri isə 10-20% endirim təklif edib”, – nəşr yazır.
 
Bodrum Ticarət Palatasının İdarə Heyətinin sədri Mahmud Serdar Koçadon bildirib ki, Türkiyə kurortlarında lüksdən tutmuş aşağı seqmentə qədər müxtəlif kateqoriyalı restoranlar var. Eyni zamanda, qiymətləri şişirdilmiş dəbdəbəli restoranlarda sıxlıq müşahidə olunur, çünki onların müştəriləri fərqlidir, lakin orta və aşağı seqmentdəki müəssisələrdə müştəri axını azalır.
 
O, həmçinin qeyd edib ki, restoranlar bəzi otellər kimi 40-50% endirimlər təyin edə bilməzlər, çünki belə bir tədbir qısa mövsümdə kifayət qədər qazanc əldə etməyə kömək etməyəcək.
 
May ayında bildirilmişdi ki, Türkiyə turizm bazarı Polşadan gələn qonaqların axını səbəbindən Ukraynadan turist axınının azalmasından yaranan  itkilərin yerini dolduracaq.
 
Daha sonra Rusiya Tur Operatorları Assosiasiyası bəyan edib ki, may ayında Türkiyəyə rusiyalı turist axını ötən illə müqayisədə 15,3% artaraq 739 mindən çox səfər təşkil edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
22
moderator.az

10Mənbələr