AZ

Ukrayna Rusiyanın aktivlərindən ilk 1,4 milyardı avqustda alacaq - Borrel

Bazar ertəsi, iyulun 22-də Aİ-nin Ali Nümayəndəsi Josep Borrel bildirib ki, Ukrayna Rusiyanın dondurulmuş aktivlərindən ilk pulu gələn həftə avqustun əvvəlində alacaq. Vəsaitlər hava hücumundan müdafiə, mərmi və hərbi sənaye kompleksinə sərf olunacaq.

Valyuta.az xəbər verir ki, Aİ Xarici Əlaqələr Şurasının iclasında o, artıq bu məsələ ilə bağlı nazirləri məlumatlandırdığını vurğulayıb.

“Mənfəətlə bağlı nazirləri avqustun əvvəlində baş tutacağı gözlənilən 1,4 milyard avroluq ilk transferin hazırlanmasında irəliləyişlər barədə məlumatlandırdım”, - deyə avropalı diplomat bildirib.

Borrel əlavə edib ki, Aİ bu vəsaiti Ukrayna üçün prioritet hərbi texnikanın alınmasını maliyyələşdirmədə istifadə etməyi planlaşdırır. Xüsusilə, söhbət hava hücumundan müdafiə, artilleriya üçün sursat, eləcə də Ukrayna müdafiə sənayesi üçün satınalmalardan gedir.

“Bu yolla biz Ukraynaya nəinki hərbi dəstək verəcəyik, həm də onu Ukraynanın özündən alacağıq ki, bu, əlbəttə ki, edə biləcəyimiz ən məntiqli və effektiv işdir”.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
50
valyuta.az

10Mənbələr