AZ

“Mançester Yunayted” Xavi Simonsla güclənə bilər

“Mançester Yunayted” PSJ-nin 21 yaşlı hücumameyilli yarımmüdafiəçisi Xavi Simonsla icarə müqaviləsi bağlamağı düşünür.

Arena.az xəbər verir ki, “qırmızı şeytanlar”ın niderlandlı baş məşqçisi Erik ten Haqın həmyerlisinin nümayiş etdirdiyi futbolu bəyəndiyi vurğulanır:

“AÇ-2024-ün yarımfinalında İngiltərə yığması ilə oyunda Xavi Simons xoşuma gəldi. Onun hərəkəti, qol vurmaq ehtirası və meydanda vəziyyətlərə qarşılığı yüksək səviyyədədir. Bu, hətta həqiqətən niderlandlısayağı deyil. Bunu görə bilərsiniz, çünki o, xaricdə təlim keçib. Onun oyununda demək olar ki, cənubiavropalı bir əzmkarlıq var”, deyə “Mançester Yunayted”in baş məşqçisi vurğulayıb.

Xatırladaq ki, Xavi Simons PSJ-yə 2023-cü ilin yayında Niderlandın PSV klubundan 4 milyon avro qarşılığında keçib. Halbuki o, Eyndhoven klubuna 2022-ci ilin yayında elə PSJ-dən keçmişdi. Niderlandlı futbolçu PSJ-nin heyətində 11 oyuna 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Simons geridə qalmış mövsümü icarə əsasında “Leypsiq”də keçirib. O, Bundesliqa klubunun heyətində 43 oyuna çıxıb, 10 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub. Xavinin PSV karyerası isə 48 oyun, 22 qol və 12 assistdən ibarətdir.

Simons 2022-ci ilin dekabr ayında debüt etdiyi Niderland milli komandasının heyətində 20 oyuna çıxıb, 2 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
189
27
arena.az

10Mənbələr