AZ

"Vilyarreal" "Mançester Yunayted"in müdafiəçisi ilə güclənir

"Mançester Yunayted"in mərkəz müdafiəçisi Villi Kambvala karyerasını İspaniyada davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

O 19 yaşlı futbolçunun “Vilyarreal”a keçməyə yaxın olduğunu, müqavilədə "Mançester Yunayted"in gələcəkdə futbolçunu geri ala biləcəyinə dair bənd də yer alacağını və  transfer məbləğinin təxminən 10 milyon avro olacağını qeyd edib.

19 yaşlı futbolçu ötən mövsüm İngiltərə çempionatında "Mançester Yunayted"in heyətində 8 matçda iştirak etsə də, qol vura bilməyib. O, həmçinin UEFA Gənclər Liqasında və Gənclər Premyer Liqasında çıxış edib. Onun transfer qiyməti 5 milyon avro qiymətləndirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
27
90deqiqe.az

10Mənbələr