AZ

"Mançester Yunayted" "Fənərbağça"nın müdafiəçisini istəyir

"Fənərbağça"nın cinah müdafiəçisi Ferdi Kardioğlu karyerasını "Manşester Yunayted"də davam etdirə bilər.

90deqiqe.Az "Deadlinedaylive"ə istinadən xəbər verir ki "Mançester Yunayted" 24 yaşlı futbolçu ilə maraqlanır.

“Qırmızı şeytanlar”ın türk futbolçunu transferi üçün artıq danışıqlara başladığı bildirilib.

Potensial keçidin dəyəri 21 milyon avro olaraq qiymətləndirilir. Kardioğlunun "Fənərbağça" ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Ötən mövsüm Türkiyə çempionatında müdafiəçi 37 oyun keçirib. Kardioğlu 1 qol vurub, 4 məhsuldar ötürmə edib və 3 bilet alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
27
90deqiqe.az

10Mənbələr