AZ

Zelenski: “Adam Putini öldürmək istəyir“ 

Kiyevdəki Oxmadet uşaq xəstəxanasına raket hücumu kimi durumları görəndə adam Rusiya prezidenti Vladimir Putini öldürmək istəyir. 

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Prezident Fondunda və Ronald Reyqan İnstitutunda çıxışından sonra deyib. 

“Mən atayam, prezidentəm, insanam... Bu adamları, valideynləri görəndə, övladları öləndə belə məqamlarda Putini öldürmək istəyirsən. Biz hamımız bunu çox istəyirik”, - deyə Ukrayna lideri bildirib. 

Zelenski hesab edir ki, Vladimir Putinin “nə isə içir” və heç nə düşünmür. 

“Putin Ukraynada baş verənlər barədə düşünmür. Raket hərbi obyektə yox, birbaşa uşaq xəstəxanasına uçub. Buna görə də məndə belə emosiyalar var”, o qeyd edib. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
50
yenisabah.az

10Mənbələr