AZ

“ABŞ NATO-dan çıxsa, dünya Polşanı və Baltikyanı ölkələri itirəcək” - Zelenski

“ABŞ NATO-dan çıxsa, dünya Amerikaya və Şimali Atlantika Alyansına arxalanan bir çox ölkəni itirəcək. Xüsusilə, Polşa və Baltikyanı ölkələr”.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib .

 "ABŞ-ın prezidentinin kim olacağını bilmirəm. Ümid edirəm ki, ABŞ heç vaxt NATO-dan çıxmayacaq, çünki əks halda dünya çoxlu ölkəni itirəcək. Biz bu mövzuda çox həssas olan Baltikyanı ölkələri itirəcəyik və ümid edirəm ki, ABŞ heç vaxt ciddi şəkildə NATO-dan ayrılmaq qərarına gəlməyəcək”, - deyə siyasətçi vurğulayıb.

Zelenski qeyd edib ki, ABŞ vətəndaşları prezident seçkilərində Donald Trampa səs verərsə, o, yeni Amerika liderinin Ukrayna ilə bağlı siyasətinin dəyişməyəcəyinə ümid edir. 

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
50
missiya.az

10Mənbələr