AZ

Zelenski qələbənin yolunu tapıb

“NATO ölkələri fəallıq göstərməyə başlasa, ölkə Rusiya ilə münaqişədə qalib gələ bilər”. 

“Cebhe.info” “Bloomberg”-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtonda NATO sammitinin açılışında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, NATO üzvləri indi qəti addım atmalı və Kiyevə yardımın həcmini artırmalıdırlar. Zelenski əlavə edib ki, ABŞ-də prezident seçkilərinin keçiriləcəyi noyabrı gözləməyə ehtiyac yoxdur.

"Kölgələrdən çıxmaq, güclü qərarlar qəbul etmək, hərəkətə keçmək və noyabrı gözləməmək lazımdır. Biz güclü və barışmaz olmalıyıq. Birlikdə. 

Və hər şeydən əvvəl ABŞ bunu etməlidir”, - deyə Ukrayna lideri bildirib.

O, Vaşinqtonu Amerika silahları ilə Rusiya ərazisinə zərbələr endirmək üçün qoyulmuş istənilən məhdudiyyəti aradan qaldırmağa çağırıb.

Qeyd edək ki, NATO bundan əvvəl Donald Trampın qələbəsi halında Ukraynaya dəstək vermək planı hazırlayıb. Sammitdə Ukrayna Silahlı Qüvvələrinə verilən bütün hərbi yardımları əlaqələndirmək üçün Almaniyada alyansın qərargahının yaradılması elan ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
50
cebheinfo.az

10Mənbələr