AZ

"Rusiya hava limanlarına zərbələrə icazə olmadan ATACMS raketlərinin heç bir xeyri yoxdur" - Zelenski

"Rusiyanı idarəedilən aviasiya bombalarını buraxmamaq üçün hərbi təyyarələrini Ukrayna sərhəddindən imkan daxilində uzaqda yerləşdirməyə məcbur etmək lazımdır..."
 
Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiyanın hava limanlarına zərbələrə icazə olmadan ATACMS taktiki raket sistemlərinin heç bir səmərəsi olmayacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə dövlət başçısı "Bloomberg" nəşrinə müsahibəsində deyibç
 
"Dəyişiklik yoxdursa, ATACMS-dan istifadənin heç bir mənası yoxdur", - Zelenski deyib.
 
Dövlət başçısı xatırladıb ki, rusiyalıların bazaları və hərbi hava limanları var və oralardan təyyarələr səmaya qalxır və Ukrayna üzərinə minlərlə idarəedilən aviasiya bombaları buraxır.
 
"Bu təyyarələrin orada dayanmaması üçün biz Rusiyanı onları ölkə dərinliyinə dislokasiya etməsinə məcbur etməliyik, oradan isə  onlar bu bombaları buraxa bilməyəcək, yalnız raketlərlə vura biləcək. 
 
Raketlər də pisdir, amma onların sayı bombalardan azdır. Yəni biz onları məcbur etməsək, onlar bizi ələ salacaq və bizdə canlı nə varsa, hamısını məhv edəcək", - Zelenski vurğulayıb.
 
Bununla əlaqədar olaraq prezident rusiyalıları bu hərbi təyyarələrini Ukrayna sərhəddindən imkan daxilində uzaqda yerləşdirməyə necə məcbur etməyi izah edib. 
 
"Onların hərbi hava limanlarına zərbələr vurmaq üçün müvafiq silah tədarük etmək lazımdır. Əgər Birləşmiş Ştatlar bizə bu silahdan istifadə etməyə imkan verməsə, onun heç bir səmərəsi olmayacaq", - Zelenski vurğulayıb.
 
Xəbər verildiyi kimi, aprel ayında ABŞ müdafiə naziri Lloyd Ostin belə fikir ifadə edib ki, yalnız ATACMS taktiki raket sistemləri effektli uzaqvuran kampaniyanın həyata keçirilməsi üçün "magik vasitə" deyil.
 
Onun sözlərinə görə, ATACMS-ın imkanlarının "Storm Shadow"' tipli raketlər və digər ölkələrdən daxil olan əlavə vasitələrlə inteqrasiya olunması həqiqətən ukraynalılara uzaqvuran atəş kampaniyalarını həyata keçirməyə imkan verəcək.
 
İyun ayında Zelenski qeyd edib ki, ABŞ tərəfindən  yüksək mobilli HIMARS artilleriya-raket sistemlərindən Rusiya ərazisinə zərbələr endirməyə icazə verilməsi Ukraynada Rusiyanın mülki əhaliyə zərbələr endirdiyi bütün növ silahın məhv edilməsi üçün yetərli deyil.
 
O cümlədən Rusiyanın Ukraynanın müxtəlif raket və bombalardan atəşə tutduğu hava limanlarına zərbələr endirmək imkanı və icazəsi yoxdur.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
178
50
moderator.az

10Mənbələr