AZ

Fransalı general: "Tezliklə NATO iqtisadi çətinliklərlə üzləşəcək"

Xarici və müdafiə siyasəti sahəsində fransız ekspert, istefada olan general Dominik Delavard NATO-nun tezliklə iqtisadi çətinliklərlə üzləşəcəyini bildirib. 

Hit.az bu barərə "RİA Novosti"yə istinadən xəbər verir.

Eyni zamanda, o qeyd edib ki, NATO-nun rusofob siyasəti dəyişməyəcək, baxmayaraq ki, blokun təzyiqi qaçılmaz olaraq azalacaq.

"ABŞ və Avropa İttifaqı tezliklə böyük iqtisadi çətinlik dövrünə qədəm qoyacaq", deyə Delavard bildirib.

Onun sözlərinə görə, onlar alyansın hərbi imkanlarına və birliyinə təsir edəcək.

Ekspertin fikrincə, NATO üzvləri arasında kompromis axtarışı çətinləşəcək.

Bundan əvvəl Britaniyanın sağçı “Reform UK” partiyasının sədri Naycel Faraj demişdi ki, Ukrayna böhranı daim şərqə doğru genişlənməyə can atan NATO və Avropa İttifaqının (Aİ) hərəkətlərinin nəticəsidir.

İyunun 21-də ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, gələcəkdə Ukrayna mütləq NATO üzvü olacaq. Amerikanın xarici siyasət idarəsinin nümayəndəsinin dediyi kimi, Vaşinqton bunu beynəlxalq ictimaiyyətə açıq şəkildə bəyan edib. Eyni zamanda diplomat Ukraynanın Şimali Atlantika Alyansına nə vaxt və hansı şərtlərlə qoşulacağını dəqiq açıqlamamaq qərarına gəlib.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
50
hit.az

10Mənbələr