AZ

Orban Putin və Zelenski ilə görüşləri barədə Avropa İttifaqına gizli məktub ünvanlayıb

 
"Əgər biz bu prosesin yaxın iki ay ərzində qarşısını ala bilməsək, daha çox dramatik hadisələrin və hərbi itkilərin şahidləri olacağıq..."
 
Macarıstanın baş naziri Viktor Orban Avropa Şurasının sədri Şarl Mişelə və Avropa İttifaqının üzv dövlətləri rəhbərlərinə özünün ötən həftə Kiyev və Moskva səfərləri barədə məktub göndərib.
 
Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri yazıb.
 
Məktub geniş publika üçün nəzərdə tutulmayıb. Nəşr onu anonimlik şərtilə avropalı məmurdan əldə edib. 
 
Orban vurğulayıb ki, Ukrayna və Rusiyaya səfərləri zamanı Avropa İttifaqı adından çıxış etməyib, yalnız döyüşən tərəflərin mövqelərini öyrənmək istəyib. O, Zelenskinin mövqeyi barədə az xatırladıb, lakin Putinin baxışlarını müfəssəl izah edib.
 
Orban yazır ki, Rusiya hakimiyyəti əmindir ki, "zaman Ukraynaya deyil, Rusiya qüvvələrinə işləyir". Macarıstan baş naziri ilə söhbətində Putin Rusiyanın cəbhədəki itkilərini xatırlatmayıb, əvəzində Ukraynanın itkilərindən danışıb. Orban Putinə istinadən bu rəqəmin ayda 40-50 min olduğunu deyib.
 
"Rusiya prezidenti Ukraynanın müvəqqəti atəşkəsdən imtina etməsindən təəccüb hissi keçirib", - Orban yazlb.
 
Məlum olduğu kimi, prezident Zelenski bəyan edib ki, Ukrayna müvəqqəti atəşkəsə hazır deyil, çünki Rusiya bu fasilədən işğal edilmiş ərazilərdə qüvvələrinin toplanması üçün istifadə edə bilər.
 
Orbanın məktubundan görünür ki, Putin də Ukrayna tərəfinin belə hərəkət edəcəyindən ehtiyat edir.
 
"Rusiya prezidentinin sözlərinə görə, onlar Ukrayna qüvvələrinin gizli surətdə yenidən dislokasiyası və yerdəyişməsinə xidmət etməyən atəşkəs haqqında istənilən təklifi nəzərdən keçirməyə hazırdır", - Orban məlumat verib.
 
O, qeyd edib ki, Moskva və Kiyev yalnız hər iki tərəfin iştirakı ilə sülh danışıqlarına hazırdır. İsveçrədə keçirilən sammitdən sonra Ukrayna bəyan edib ki, növbəti sammitə Rusiyanı dəvət edəcək. Bu, Orbanın Ukraynanın danışıqlar ilə bağlı mövqeyini detallı şəkildə ifadə etdiyi yeganə məqamdır.
 
Orban müxtəlif zamanlarda mümkün sülhün və ya atəşkəsin parametrlərinin təsvirinə cəhd edilən iki sənəd barədə Putinin nöqteyi-nəzərini işıqlandırır.
 
Birinci sənəd 2022-ci ilin "İstanbul razılaşmaları"dır. Putin tez-tez məhz bu sənədə istinad edərək inandırmaq istəyir ki, bu sənəd "nümayəndə heyətləri tərəfindən razılaşdırılıb" və istənilən növbəti saziş bunun əsasında tərtib edilməlidir.
 
Ukrayna nümayəndə heyətinin üzvü Mixail Podolyak isə, əksinə, bəyan edib ki, sənəd imzalanmayıb və razılaşdırılmayıb, çünki bu, XİN-in səlahiyyətindədir.
 
Orban yazır ki, Putin əvvəkitək İstanbul sənədini aktual hesab edir və xüsusilə onun 5-ci bəndinə istinad edir, burada "Ukraynaya veriləcək beynəlxalq təhlükəsizlik zəmanətləri konkretləşdirilir".
 
İkinci sənəd "Çin-Braziliya sülh planı"dır. Orban qeyd edir ki, bu plan "Rusiya tərəfindən nəzərdən keçirilir".
 
Orbanın sözlərinə görə, Putin "Zelenskinin sülh planı" və İsveçrədə keçirulən sülh sammiti barədə birbaşa suala cavab verməyib və yenidən İstanbul sənədindən danışıb.
 
Orban yazıb ki, Avropa ayrıca olaraq təşəbbüs göstərməlidir, çünki ABŞ seçki kampaniyası ilə çox məşğuldur.
 
 "Əgər biz bu prosesi yaxın iki ay ərzində dayandıra bilməsək, o zaman daha çox dramatik hadisələrin və ön cəbhədə hərbi itkilərin şahidləri olacağıq", - Orban yazıb.
 
Bu məktub iyulun 5-də yazılıb və Putinlə görüşdən sonra Orbanın səfər etdiyi Azərbaycandan göndərilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
47
moderator.az

10Mənbələr