AZ

Fransanın baş naziri bu gün istefa verəcək

Fransanın baş naziri Qabriel Attal iyulun 8-də istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edəcəyini bildirib.

FED.az xəbər verir ki, o, bu barədə növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinin dərcindən sonra bildirib.

“Demokratik ənənəyə uyğun olaraq, iyulun 8-də səhər istefa ərizəmi respublika prezidentinə təqdim edəcəyəm", - deyə o bildirib.

Eyni zamanda o, lazım olduğu qədər hökumətin başçısı vəzifəsini icra etməyə hazır olduğunu bəyan edib. (Trend)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
13
fed.az

10Mənbələr