AZ

Fransanın Baş naziri İSTEFA VERƏCƏK

Fransanın Baş naziri Qabriel Attal iyulun 8-i səhər istefa verəcəyini, lakin yeni kabinet formalaşana qədər işləyəcəyini bildirib.

OXU24.COM xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

“Demokratik ənənəyə uyğun olaraq, iyulun 8-də səhər respublika prezidentinə istefa ərizəmi təqdim edəcəyəm”, - deyən Fransa hökumətinin başçısı lazım olduğu qədər xidmət etməyə hazır olduğunu vurğulayıb.

İyulun 7-də Fransada parlamentinin aşağı palatasına növbədənkənar seçkilərin ikinci turu keçirilib. Aparıcı Yeni Xalq Cəbhəsinin rəhbəri Jan-Lyuk Melenşon hökuməti qurmağa hazır olduğunu açıqlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
1
oxu24.com

10Mənbələr