AZ

Fransanın baş naziri istefa verir - » AzadMedia.az


Fransanın Baş naziri Qabriel Attal iyulun 8-də istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edəcəyini bildirib.

Azadmedia.az xəbər verir ki, bu sözləri o, növbədənkənar parlament seçkilərinin ilkin qeyri-rəsmi nəticələri yayıldıqdan sonra deyib.

Belə ki, “Demokratik ənənəyə uyğun olaraq, iyulun 8-də səhər istefa ərizəmi respublika prezidentinə təqdim edəcəyəm”, - deyə Attal qeyd edib.

Qeyd edək ki, ilkin məlumata görə, Makronun koalisiyası parlament seçkilərinin ikinci turunda da məğlub olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
7
azadmedia.az

10Mənbələr