AZ

Fransanın baş naziri bu tarixdə istefa verəcək

Fransanın baş naziri Qabriel Attal iyulun 8-də istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edəcəyini bildirib. Trend xəbər verir ki, o, bu barədə növbədənkənar parlament seçkilərinin ilkin nəticələrinin dərcindən sonra bildirib.

 

“Demokratik ənənəyə uyğun olaraq, iyulun 8-də səhər istefa ərizəmi respublika prezidentinə təqdim edəcəyəm", - deyə o bildirib.

 

Eyni zamanda o, lazım olduğu qədər hökumətin başçısı vəzifəsini icra etməyə hazır olduğunu bəyan edib.

Tarix: 8 İyul 2024, 01:02   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
13
pravda.az

10Mənbələr