AZ

Starmer, Şolz və Macron ölkələr arasında əlaqələrin inkişafını müzakirə ediblər

Böyük Britaniyanın yeni baş naziri Keir Starmer ilk danışıqlarını Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzla keçirib. Bizimyol.info xəbər verir ki, baş nazirin dəftərxanasının yaydığı bəyanatda deyildiyi kimi, müzakirə mövzuları Londonun Paris və Berlinlə əlaqələrinin inkişafı olub. Britaniya Nazirlər Kabinetinin yeni rəhbərinin qeyd edib ki, o, baş nazirliyi dövründə Almaniya ilə münasibətləri yeni səviyyəyə “çıxarmaq” niyyətindədir. Onun sözlərinə görə, “iki ölkə arasında müdafiə və təhlükəsizlik, eləcə də iqtisadiyyat sahəsində əməkdaşlığı dərinləşdirmək imkanı var”. Starmer və Şolz həmçinin "Ukraynaya uzunmüddətli dövrdə aktiv dəstəyin saxlanmasının vacibliyini" qeyd ediblər. Makronla söhbətində Britaniyanın baş naziri Fransa ilə də əməkdaşlığı dərinləşdirmək istəyini açıqlayıb. Liderlər NATO və Avropa Siyasi Birliyinin qarşıdan gələn sammitlərini müzakirə edərək, “Ukrayna və Yaxın Şərqdəki münaqişələr, iqlim problemləri, süni intellekt, immiqrasiya və iqtisadiyyat da daxil olmaqla ümumi prioritetləri müzakirə etmək üçün bu imkanlardan istifadə etməyin zəruriliyini vurğuladılar”. Leyboristlər Partiyasının lideri Keir Starmer iyulun 4-də krallıqda keçirilən parlament seçkilərindən sonra yeni hökuməti formalaşdırıb. Bütün seçki dairələrində səslər hesablandıqdan sonra Leyboristlər Partiyası 650 yerlik İcmalar Palatasında 412 yer qazanıb. 2010-cu ildən hakimiyyətdə olan Mühafizəkarlar Partiyasının cəmi 121 mandatı var. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
22
bizimyol.info

10Mənbələr