AZ

Böyük Britaniyanın yeni baş naziri Starmer vəzifəsinin ilk günündə dünya liderləri ilə görüşüb

İngiltərnin yeni baş naziri Keir Starmer vəzifəsinin ilk günündə dünya liderləri ilə telefon danışıqları aparıb Bizimyol.info xəbər verir ki, Böyük Britaniya baş nazirinin 10 nömrəli ofisindən verilən açıqlamaya görə, ABŞ prezidenti Co Bayden, Ukrayna prezidenti Vladimir Zelenski, İtaliyanın baş naziri Giorgia Meloni və Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen də daxil olmaqla liderlər Starmerlə danışıb, onu yeni vəzifəsi münasibətilə təbrik ediblər. Bayden-Starmer görüşündə ikili ABŞ-Böyük Britaniya münasibətləri, geosiyasi proseslər və Ukraynaya dəstək kimi məsələləri müzakirə ediblər. Hər iki tərəf gələn həftə Vaşinqtonda keçiriləcək NATO sammitində görüşmək barədə razılığa gəlib. Zelenski ilə danışan Starmer Böyük Britaniyada hökumət dəyişikliyinin Ukraynaya dəstəyi zəiflətməyəcəyinə söz verib. İrlandiyanın baş naziri Saymon Harrislə telefon danışığı zamanı Starmer ölkədəki hökumət dəyişikliyinin Britaniya-İrlandiya münasibətlərində yeni bir dövrə yol açacağına ümid etdiyini bildirib. İtaliyalı həmkarı Meloni ilə də danışan yeni baş nazir, İtaliya və İngiltərənin ortaq sahələrdə, xüsusilə nizamsız miqrasiyada əməkdaşlığı davam etdirmək istəyini vurğulayıb. Starmerin von der Leyen ilə telefon danışığında Aİ və Böyük Britaniyanın əməkdaşlığı artıra biləcəyi iqlim dəyişikliyi, regional təhlükəsizlik və Ukraynaya dəstək kimi məsələlər müzakirə edilib. Polşanın Baş naziri Donald Tusk ilə görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub. Starmer, Avropada Arsenal futbol komandasının tərəfdarı olan başqa bir baş nazirin olmasından xoşbəxt olduğunu bildirib. Görüş zamanı Starmer və kanadalı həmkarı Castin Trudeau Vaşinqtonda NATO sammitində görüş məsələsini müzakirə ediblər. İngiltərədə 4 iyulda keçirilən ümumi seçkilərdə 650 yerlik İcmalar Palatasına 412 millət vəkili göndərməyi bacaran İşçi Partiyasının lideri Starmer Kral III Çarlzın verdiyi səlahiyyətlə yeni hökuməti qurdu. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
22
bizimyol.info

10Mənbələr