AZ

Kir Starmer nazirlər kabinetində ilk iclasını KEÇİRDİ - Ölkəyə qanunsuz keçidlər müzakirə edildi

Böyük Britaniyanın yeni təyin edilmiş Baş naziri Kir Starmer nazirlər kabineti ilə ilk görüşünü keçirib.

Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, iclas  “10 Downing Street”də (Birləşmiş Krallığın Baş Nazirinin rəsmi iqamətgahı və ofisi) keçirilib.

Starmer xəstəxanada gözləmə siyahıları, kiçik qayıqlarla Britaniyaya qanunsuz keçidlər də daxil olmaqla, bir sıra aktual problemlər qarşısında görüləcək böyük işlərin olduğunu bildirib.

Qeyd edək ki, Baş nazir kabinetinə təyinatları iyulun 5-də həyata keçirib. Yeni təyinatlara əsasən, Ancela Reyner Baş nazirin müavini, İvett Kuper daxili işlər naziri, Devid Lemmi isə xarici işlər naziri təyin edilib. Bundan əlavə, Ed Milibend enerji naziri, Con Hili müdafiə naziri, Reyçl Rivz isə maliyyə naziri olublar. Reyçl Rivz isə Britaniyanın ilk qadın maliyyə naziri kimi tarixə düşüb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
22
bizim.media

10Mənbələr