AZ

Starmer Britaniyanın hökumət üzvlərini ELAN ETDİ - SİYAHI

Xəbər verdiyimiz kimi, Britaniyada keçirilmiş erkən parlament seçkilərində müxalifətdə olan Leyboristlər Partiyası böyük fərqlə qələbə qazanıb.

Nəticədə partiyanın lideri Keir Starmer ölkənin yeni baş naziri olub.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən Böyük Britaniya Kralı III Çarlzdan yeni hökuməti qurmaq təklifini qəbul edən Keir Starmer Nazirlər Kabinetinin üzvlərini açıqlayıb.

Yeni təyinatlara əsasən, Ancela Reyner Baş nazirin müavini təyin olunub.

İvett Kuper daxili işlər naziri, Devid Lemmi xarici işlər naziri, Ed Milibend enerji naziri, Con Hili müdafiə naziri, Reyçl Rivz maliyyə naziri təyin olunub.

Bununla da Reyçl Rivz Britaniyanın ilk qadın maliyyə naziri olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
22
bakivaxti.az

10Mənbələr