AZ

Castin Timberleyk bar açmaq qərarına gəlib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bir müddət əvvəl sərxoş halda maşın sürdüyü üçün həbs edilən ABŞ-li müğənni Castin Timberleyk qolfçu Tayqer Vudsla birlikdə Şotlandiyada öz barını açmaq istəyir.
Artist və idmançı bizneslərini genişləndirmək və "New Picture House Cinema" kinoteatrını "T-Squared Social" idman barına çevirmək qərarına gəliblər. Müəssisə Şotlandiyanın tarixi Sent Endrüs şəhərində yerləşəcək.
Qeyd olunub ki, qərar Nyu-Yorkdakı flaqman barının uğurları fonunda qəbul edilib.
Mənbə: Page Six
Seçilən
157
17
oxu.az

10Mənbələr