AZ

Məşhur reperin “o rusdur, mən onu Ukraynaya görə .... etmişəm” misrası Rusiyanı qəzəbləndirib

"Soro Sorokov" hərəkatı Rusiya Daxili İşlər Nazirliyinə və FXidmətinə müraciət edərək məşhur reper Kanye Uestiin hərəkətlərini ekstremizm, narkotik təbliğatı və Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaq əməli üzrə yoxlamağı xahiş edib.
 
Hərəkat rəhbərlərini  reperin "Viltures" mahnısındakı "o rusdur, mən onu Ukraynaya görə .... etmişəm” misrası qəzəbləndirib. 

Fəallar həmçinin ifaçının Rusiyaya girişinə qadağa qoyulmasını xahiş ediblər. 

İyunun 30-da Kanye West dizayner Qoşa Rubçinskinin doğum günündə iştirak etmək üçün Moskvaya gəlib. 
 
Rusiyanın Ukraynaya qarşı başladığı  müharibədən sonra bu ölkə ərazisində Ukrayna müharibəsini dəstəkləməyənlərə qarşı repressiyalar yer alıb.
 
N.Təbrizli

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
50
anews.az

10Mənbələr