AZ

"NATO Trampın qalib gələcəyi təqdirdə Ukraynaya hərbi yardımla bağlı yeni tədbirlər hazırlayır" - "The Wall Street Journal"

 
"Yeni yaradılan qurum amerikalı hərbçilərin Ukraynaya yardım üzrə icra etdikləri missiyanın böyük hissəsini öz üzərinə götürəcək..."
 
"Əgər NATO bizi müdafiə etməyə və Alyansa dəvət etməyə hazır deyilsə, o zaman biz NATO-dan özümüzü qoruya biləcəyimiz üçün hər şeyi verməyi xahiş edirik..."
 
Gələn həftə Vaşinqtonda NATO-nun sammitində Ukraynaya uzunmüddətli dəstəyin möhkəmləndirilməsi üzrə kompleks tədbirlər elan ediləcək. Bununla bağlı Alyans özünün yüksək vəzifəli mülki nümayəndəsini xüsusi missiya ilə Kiyevə göndərməyi planlaşdırır.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri ABŞ və NATO-nun rəsmi şəxslərinə istinadən yazıb.
 
Nəşr qeyd edir ki, bu addımlar üzv təklif etməməklə Ukraynanın nəticə etibarilə Alyansa qoşulmaq perspektivlərinə dəstək verilməsinə yönəlib.
 
Bu addımlar Avropada sağ qüvvələrin uğuru və sabiq prezident Donald Trampın Ağ Evə dönməsi və Ukraynaya Amerika yardımını azaltması ehtimalı fonunda atılır.
 
Şimali Atlantika Müqaviləsi Təşkilatı həmçinin Almaniyanın Visbaden şəhərində Kiyevə hərbi texnika tədarükü və Ukrayna qoşunlarının təlimini koordinasiya etmək üçün yeni komandanlıq yaradır. 
 
Yeni qurum "NATO-nun Ukrayna üçün təhlükəsizlik sahəsində yardımı və təlimi" adlanacaq ("NATO Security Assistance and Training for Ukraine"), Alyansın 32 ölkəsindən təxminən 700 amerikalı və digər müttəfiq əməkdaşlardan komplektləşdiriləcək. 
 
Təşkilat Rusiyanın Ukraynaya 2022-ci ilin fevralında tammiqyaslı hərbi müdaxiləsi başlanandan amerikalı hərbçilərin icra etdikləri missiyanın böyük hissəsini öz üzərinə götürəcək.
 
Qəzet qeyd edir ki, yeni təşəbbüslər artıq bir neçə ay ərzində işlənib hazırlanıb və prezident Co Baydenin Trampla ötən cümə axşamı teledebatlarda inamsız nəticələrindən, həmçinin Trampın özünün Ukraynaya sərf edilən Amerika pulları barədə tənqidi bəyanatlarından sonra yeni aktuallıq kəsb edib.
 
"Dəyişikliklərin başlıca səbəbi Ukraynaya yardım üzrə səylərin Trampdan qorunmasıdır", - bunu nəşrə 2009-2013-cü illərdə ABŞ-ın NATO-da daimi nümayəndəsi postunu tutan İvo Daalder bəyan edib.
 
"Hərbi yardım və təlimə görə Vaşinqton deyil, NATO cavabdeh olacaq, ona görə də hətta ABŞ-ın bu səyləri azaldacağı və ya onlardan imtina edəcəyi halda bu səylər davam etdiriləcək", - o, deyib.
 
"Vaşinqtonda Ukrayna üzrə təşəbbüslərin təqdim ediləcəyi NATO sammitinə Alyansın bütün ölkə liderləri qatılacaq", - nəşr yazıb.
 
"75 il öncə olduğu kimi, forumun əsas mövzusu Alyans üzvlərinin Moskva tərəfindən təhlükələrdən qorunması olacaq, bu missiyanı NATO yenidən öz üzərinə götürür", - nəşr qeyd edib.
 
Alyans üzvləri ümid edir ki, sammit həmçinin Ukraynaya hərbi dəstəyin illik maliyyələşdirilməsini də razılaşdıracaq, hərçənd, bu şərtlər hələ də müzakirə edilməkdədir, NATO diplomatları bəyan edib. 
 
NATO ölkələri arasında bu yaxınlarda aparılan müzakirələrdə ildə təxminən 40 milyard dollara hədəflənmək və üzvlük haqlarının dəyərini artırmaq məsələləri diqqət mərkəzində olub, hərçənd, ABŞ ehtimal ki, əsas donor olaraq qalmaqda davam edəcək.
 
Bundan öncə məlumat verilib ki, Ukrayna prezidenti Vladimir Zelenski Amerikanın "Philadelphia İnquier" nəşrinin köşə yazarı Trudi Rubinə müsahibəsində məlumat verib ki, NATO-nun Vaşinqtonda 9-11 iyulda keçiriləcək qarşıdakı 75-illik yubiley sammiti Ukraynaya üzvlüyə aparan dəqiq yolu təklif etməyəcək.
 
"Biz anlayırıq ki, Ağ Ev bizi dəvət etməyə hazır deyil, - o, deyib. - Təəssüf ki, bu, "bir addım irəli, iki addım geri" siyasətidir.
 
Əgər Birləşmiş Ştatlar Putini qıcıqlandırmaqdan ehtiyat edirsə və bu, bizim Alyansa dəvət edilməməyimizin səbəbidirsə, o zaman biz strateji tərəfdaşlarımızdan müdafiə olunmağımız üçün istədiklərimizi verməyi xahiş edirik.
 
Bunlar "Patriot"lar, xeyli sayda F-16 qırıcıları və silahdan Rusiyanın daxilində istifadə etmək imkanıdır".
 
"Əgər NATO bizi müdafiə etməyə və Alyansa qəbul etməyə hazır deyilsə, o zaman biz NATO-dan özümüzü qoruya biləcəyimiz üçün hər şeyi verməyi xahiş edirik".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
50
moderator.az

10Mənbələr