AZ

Rusiyanın Ukraynaya qarşı hərəkətləri beynəlxalq səviyyədə soyqırım kimi tanınıb

 
"Rusiya getdikcə fəxri adlar və fərqlənmə nişanları almaqla böyüməkdədir. Sikkə sarayı gərgin işləməli, "Soyqırım əlaçısı" döş nişanları dəstini hazırlamalı olacaq..."
 
"ATƏT Parlament Assambleyası rusofob siyasətbazların ruporuna çevrilib..."
 
Şənbə günü, iyunun 29-da ATƏT Parlament Assambleyasının qəbul etdiyi qətnamədə Rusiyanın hərəkətləri Ukrayna xalqına qarşı soyqırım kimi tanınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin rəsmi Telegram-kanalında deyilir. Məlumatı "dw.com" nəşri yayıb.
 
"Buxarestdə yay sessiyasının açılışı günündə ATƏT Parlament Assambleyası Rusiyanın Ukraynaya qarşı 10 illik hərbi təcavüzünü pisləyən qətnamə qəbul edib. 
 
Qətnamədə Rusiyanın hərbi-siyasi rəhbərliyi və onun Silahlı Qüvvələrinin tammiqyasılı hərbi müdaxilənin gedişində hərəkətlərini Ukrayna xalqına qarşı soyqırım kimi tanıyıb", - bunu Ukrayna nümayəndə heyətinin üzvü Pavel Frolov yazıb.
 
Qətnamə 70 bənddən ibarətdir və ATƏT üzvü olan bütün 53 ölkəyə Krımın və Ukraynanın bütün işğal edilmiş ərazilərinin Sülh Düsturu və Krım Platformasını dəstəkləməklə işğaldan azad edilməsi üçün səylər göstərməyə, habelə Rusiyanı Ukraynaya qarşı təcavüzkar müharibəsi zamanı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi üçün xüsusi tribunalın yaradılması, beynəlxalq və milli səviyyələrdə Rusiya Silahlı Qüvvələrinin kütləvi cinayətlərinin tədqiqatını keçirməyə çağırış edilir.
 
Sənəddə Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın xeyrinə istifadə edilməsi mexanizminin tez bir zamanda işə salınmasının zəruriliyi vurğulanır, ATƏT ölkələrinin isə Rusiya təcavüzünün Ukraynaya vurduğu zərərin Beynəlxalq reyestri haqqında Sazişə qoşulması təklif edilir.
 
Frolovun sözlərinə görə, ATƏT Parlament Assambleyası Rusiyada 2024-cü ildə keçirilmiş prezident seçkilərini saxtalaşdırılmış və seçki sisteminin legitimliyni sarsıtdığını bəyan edir.
 
Ukraynalı uşaqların geri qaytarılması üzrə beynəlxalq koalisiyanın yaradılmasına dəstək, habelə ukraynalı hərbi əsirlər və mülki şəxslərin azad edilməsinin təmin edilməsi qeyd edilir.
 
Sənəddə Rusiyanın sıxılmış qazının Avropa İttifaqına idxalı, yenidən ixrac edilməsi və Avropa İttifaqı limanlarından tranzitinə qadağa qoyulmasına çağırış edilir.
 
Qətnamədə həmçinin möhkəm sülhün bərqərar olması üçün Rusiyanın dekolonizasiyasının zəruri olduğu müəyyən edilir.
 
ATƏT Parlament Assambleyası Rusiya qüvvələri tərəfindən Ukrayna əhalisinə qarşı yerli sakinlərin müntəzəm qəsdən qətllər, kütləvi vəhşiliklər, zorən deportasiyalar, kişi, qadın və uşaqların edamları, seksual zorakılıq, işgəncələr və digər qəddar, qeyri-insani və insan ləyaqətini alçaldan hərəkətlərini "qeyd-şərtsiz pisləyir".
 
"Bu hərəkətlər insanlığa qarşı cinayətlər və soyqırım cinayətinin qarşısının alınması və buna görə cəzalandırma barədə Konvensiyaya uyğun olaraq soyqırım aktlarıdır", - təşkilat bəyan edib.
 
ATƏT Parlament Assambleyasının sessiyası iyulun 3-dək davam edəcək. Ukraynalı deputat Nikita Poturayevin rəhbərliyi ilə hazırlanan qətnamə layihəsi müvəqqəti olaraq ATƏT-in saytından çıxarılıb, çünki ona düzəlişlər edilib.
 
Layihə yenilənəcək və iyulun 3-də Buxarest Bəyannaməsinin hissəsi kimi dərc ediləcək, bunu Almaniyanın "Deutsche Welle" nəşrinə təşkilatın nümayəndəsi izah edib. 
 
Bu ərəfədə, iyunun 29-da Rusiya mətbuatı məlumat verib ki, Federasiya Şurası palataları Rusiya nümayəndə heyətinin ATƏT Parlament Assambleyasındakı işini dayandırıb.
 
Bu barədə jurnalistlərə Dövlət Dumasının beynəlxalq işlər üzrə komitə rəhbəri, RLDP lideri Leonid Slutski məlumat verib.
 
O, bu qərarı ATƏT PA-nın "Avropa qitəsində təhlükəsizlik məsələlərinin müzakirəsi üçün meydança rolunu itirməsi", "rusofob siyasətbazların" ruporuna çevrilməsi ilə bağlı olduğunu izah edib.
 
"Rusiya getdikcə fəxri adlar və fərqlənmə nişanları almaqla böyüməkdədir. Sikkə sarayı ("Monetnıy dvor") gərgin işləməli, bütün dərəcələrdən olan "Soyqırım əlaçısı" döş nişanları dəstini hazırlamalı olacaq", - rusiyalı publisist Aleksandr Nevzorov sarkazmını belə ifadə edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
50
moderator.az

10Mənbələr