AZ

Marin Le Penin silahdaşı seçkilər öncə Ukraynaya iki səs-küylü vəd edib

Bardella Ukraynaya qoşun göndərilməsinin əleyhinə olduğunu, bu zaman Rusiya ilə eskalasiyadan yan keçərək ukraynalılara dəstək göstərilməsinin vacib olduğunu bəyan edib
 
Fransanın ifrat sağçı qüvvələrinin lideri Jordan Bardella "Milli Birlik" partiyasının Rusiya imperiyalisminə Ukraynanı həzm etməyə imkan verməyəcəyini vəd edib.
 
Moderator.az xəbər verir ki, bu barədə BFM TV nəşri yazıb. Məlumatı "commnets.ua" nəşri yayıb.
 
O, bəyan edib ki, parlament seçkilərinin nəticəsində baş nazir olacağı təqdirdə Fransa əsgərlərinin Ukraynaya müharibəyə göndərməsindən imtina edəcək. 
 
"Bu münaqişə ilə bağlı mənim mövqeyim çox sadədir və heç vaxt dəyişməyib. Bu da ondan ibarətdir ki, nüvə dövləti olan Rusiya ilə eskalasiyadan yan keçməklə Ukraynaya dəstək vermək lazımdır", - Bardella deyib.
 
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron Avropa Parlamentinə seçkilərdə ifrat sağçı partiyanın lideri Marin Le Penə məğlub olduqdan sonra parlamenti buraxıb və yeni seçkilər təyin edib. 
 
Məlum olduğu kimi, seçkilərin birinci turu bazar günü, iyunun 30-da keçiriləcək. Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Fransanın yeni hökumətinin Ukraynaya dəstək göstərməsinə inanır.
 
Emmanuel Makron bəyan edib ki, bundan sonra da Ukraynaya yardım göstərəcək, çünki onun sözü Parisin üzərinə belə qərərlar qəbul etmək öhdəliyini qoyur.
 
Onun bu bəyanatı Kiyevin Fransada ifrat sağçı siyasətçilərin hakimiyyətə gəlişi və bununla da Parisin xarici siyasət kursunun dəyişməsi ilə bağlı narahatlığı fonunda səsləndirilib. 
 
"Kommentarii" nəşri məlumat verib ki, Makron ölkə vətəndaşlarına qarşıdakı parlament seçkilərində səs verməyə və düzgün seçim etməyə çağırış edib. 
 
Bundan öncə nəşr məlumat verib ki, Fransa prezidenti Makronun reytinqi altı bənd aşağı düşüb və tarixi minimuma enib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
50
moderator.az

10Mənbələr