AZ

“Qala Həyat” Sığorta Şirkətinin yığımlarında 600 min manata yaxın azalma

Bu ilin yanvar-may aylarında “Qala Həyat” Sığorta Şirkəti ASC 9 milyon 799 min manat sığorta haqqı toplayıb.
 
Moderator.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % və ya 577 min manat azdır. 2023-cü ilin yanvar-may aylarında “Qala Həyat” 10 milyon 376 min manat sığorta haqqı toplayıb.
 
Bu dövrdə şirkətin sığorta ödənişlərinin həcmi 1 milyon 403 min manat olub ki, bu da, illik müqayisədə 35 % və ya 364 min manat çoxdur. 2023-cü ilin yanvar-may aylarında “Qala Həyat” 1 milyon 39 min manat sığorta ödənişi edib.
 
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 643,754 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 13,65 % çoxdur.
 
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 274,837 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 57,6 % çoxdur.
5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 30,8 manat olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
5
moderator.az

8Mənbələr