AZ

“Ata Sığorta”nın yığımlarında azalma davam edir

  “Ata Sığorta” ASC 2024-cü ilin yanvar-may aylarında 4,3 milyon manat sığorta haqqı toplayıb.

Referans.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Məlumata görə bu, 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 7,5 % və ya 346 min manat azdır.

2023-cü ilin yanvar-may aylarında “Ata Sığorta” 4,65 milyon manat sığorta haqqı toplamışdı.  

 Bu dövrdə sığorta şirkətinin ödənişləri isə 36,3 % və ya 449 min manat artaraq 1,69 milyon manata çatıb. Ötən ilin eyni dövründə şirkətin ödənişləri 1,24 milyon manat təşkil edib. 

Yığımların azalması və ödənişlərin artması fonunda sığorta şirkətinin zərərliliyi 27 %-dən 36 %-ə yüksəlib.  

Seçilən
63
1
referans.az

8Mənbələr