AZ

“Bakı Sığorta”nın yığımları 50 faizə yaxın azalıb

Bu ilin yanvar-may aylarında “Bakı Sığorta” ASC 1 milyon 268 min manat sığorta haqqı toplayıb.

Bu barədə Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə 1 milyon 193 min manat, yaxud da 48,5 % azdır.
2023-cü ilin yanvar-may aylarında “Bakı Sığorta” 2 milyon 461 min manat sığorta haqqı toplayıb.

Hesabat dövründə şirkətin sığorta ödənişlərinin həcmi 820 min manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 266 min manat, yaxud da 25 % azdır.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 643,754 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 13,65 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 274,837 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 57,6 % çoxdur.
5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 42,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 30,8 manat olub.

Nara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
valyuta.az

10Mənbələr