AZ

“Ata Sığorta”nın topladığı sığorta haqqları cüzi azalıb

“Ata Sığorta” ASC 2024-cü ilin yanvar-aprel aylarında 3 milyon 366 min manat sığorta haqqı toplayıb.

Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin yanvar aprel ayları ilə müqayisədə 175 min manat, yaxud da 3,6 % azdır.

2023-cü ilin yanvar-aprel aylarında “Ata Sığorta” 3 milyon 491 min manat olub.    

Hesabat dövründə “Ata Sığorta” ASC 1 milyon 346 min manat olub, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 37 % çoxdur.

Xatırladaq ki, yanvar-aprel aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 542,841 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 16,1 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 209,555 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,7 % çoxdur.
Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 38,6 manatı ödəniş edilib.

Nara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
4
valyuta.az

8Mənbələr