Yazını böyüt
Yazını kiçilt
Ötən axşam Avro-2024-də 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.
Əvvəlcə Fransa Belçika ilə üz üzə gəlib. 1:0 hesabı ilə qalib gələn fransızlar 1/4 finala yüksəliblər.
Digər oyunda Portuqaliya Sloveniya ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtında qol vurulmayıb. Penaltilər seriyasında isə Portuqaliya millisi daha dəqiq olaraq (3:0) 1/4 finala yüksəlib. Portuqaliyalıların qapıçısı Dieqo Koşta rəqibin 3 penaltisini qaytarıb.