AZ

Lamin Yamal Kristiano Ronaldonun nailiyyətini təkrarladı

AÇ-2024-ün 1/8 finalında Gürcüstan millisi ilə oyun (4:1) İspaniya yığmasının 16 yaşlı sağ vingeri Lamin Yamal üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, bu oyunda Yamal “qırmızı qəzəb”in əzmkar qələbəsinə öz məhsuldar ötürməsi ilə töhfəsini verib.

Beləliklə Yamal Avropa çempionatında portuqal ulduz hücumçu Kristiano Ronaldodan sonra bir neçə məhsuldar ötürmə vermiş ilk yeniyetmə futbolçu olub. Ronaldo müvafiq nailiyyətinə AÇ-2004-də imza atmışdı.

Həmçinin Yamal Gürcüstan millisi ilə oyunda məhsuldar ötürmə verməklə, Avropa çempionatları tarixində ələmə oyunlarında qol ötürməsi ilə fərqlənmiş ən gənc futbolçu olaraq adını tarixə yazıb.

Yamal cari Avropa çempionatında 4 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamal “Barselona”nın yetirməsidir. Gənc istedad 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 11 oyun keçirib, 2 qol vurub, 6 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var.

“Transfermarkt” internet-portalı 16 yaşlı ispaniyalı vingerin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
2
arena.az

10Mənbələr