AZ

Lamin Yamal Olimpiya Oyunlarında iştirak etməməyə qərar verdi

İspaniya yığmasının 16 yaşlı sağ vingeri Lamin Yamal 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməməyə qərar verib.

Arena.az “Football España” internet-nəşrinə istinadən, yeniyetmə istedadın bu barədə fikirlərini təqdim edir:

“Yaşıma görə, mənim həddindən çox oyun vaxtım olub. Bu qərarı ona görə verdim ki, ilk növbədə, mən Avropa çempionatında iştirak edirəm. Bütün diqqətimi bu yarışa yönəltmək istəyirəm”, deyə Yamal açıqlayıb.

Xatırladaq ki, 2024-cü il Paris XXXIII Yay Olimpiya Oyunları cari ilin iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtında keçiriləcək.

Lamin Yamal “Barselona”nın yetirməsidir. Gənc istedad 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 10 oyun keçirib, 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var.

“Transfermarkt” internet-portalı 16 yaşlı ispaniyalı vingerin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
2
arena.az

10Mənbələr