AZ

Lamin Yamal AÇ-2024-də iki rekord müəyyənləşdirdi

AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda Xorvatiya yığması ilə oyun (3:0) İspaniya yığmasının vingeri Lamin Yamal üçün əlamətdar olub.

Arena.az “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir ki, Yamal Avropa çempionatları tarixində meydana çıxmış ən gənc oyunçu olub.

Oyun günü Yamal 16 yaş 338 günlüyündə olub.

Həmçinin yeniyetmə futbolçu bu oyunda məhsuldar ötürmə ilə fərlənərək, Avropa çempionatları tarixində ən gənc məhsuldar ötürmə müəllifi olub.

Lamin Yamal “Barselona”nın yetirməsidir. Gənc istedad 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 8 oyun keçirib, 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var.

“Transfermarkt” internet-portalı 16 yaşlı ispaniyalı vingerin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
1
arena.az

10Mənbələr