AZ

Pedri və Lamin Yamal üçün əlamətdar oyun

İspaniya La Liqasının 37-ci turunun “Rayo Valyekano” ilə ev oyunu “Barselona”nın futbolçuları Pedri və Lamin Yamal üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Kataloniya təmsilçisi bu rəqib üzərində 3:0 hesablı qələbəyə sevinib.

“Barselona”nın yarımmüdafiəçisi Pedri bu oyunda dubla imza atıb. Bununla da 21 yaşlı futbolçu karyerası ərzində ilk dəfə bir matçda birdən çox qol vura bilib.

Kataloniya klubunun digər gənc yarımmüdafiəçisi Lamin Yamal da İspaniya çempionatında 50-ci oyununu keçirib. O, buna nail olan ən gənc oyunçudur (16 yaş, 10 ay və 6 gün).

Pedri İspaniyanın “Las Palmas” klubunun yetirməsidir. O, “Barselona”ya elə, buradan 2020-ci ilin iyulunda icarə müqaviləsinin başa çatması ilə qoşulub. Pedrinin indiki klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Cari mövsümdə Pedri bu komandanın heyətində 33 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.

Pedrinin “Barselona” karyerası bütövlükdə 142 oyun, 20 qol və 13 məhsuldar ötürmədən ibarətdir.

Pedri Kataloniya təmsilçisi ilə İspaniya La Liqasını (2022/2023), İspaniya Kral Kubokunu (2020/2021), İspaniya Super Kubokunu (2022/2023) qazanıb.

Yarımmüdafiəşi 2021-ci ilin mart ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 18 oyuna çıxıb. O, bu matçlarda 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 21 yaşlı Pedrini 80 milyon avro məbləğində qiymətləndirir.

Lamin Yamal isə “Barselona” klubunun öz yetirməsidir. Gənc istedad 2022/2023 mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 6 oyun keçirib, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı 2022/2023 mövsümü İspaniya La Liqası var.

“Transfermarkt” internet-portalı 16 yaşlı ispaniyalı vingerin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
2
arena.az

10Mənbələr