AZ

ŞOK İDDİA: Ben Afflek və Cenifer Lopez ayrılıblar?

Hollivud aktyoru Ben Afflek nəhayət ki, müğənni Cennifer Lopezlə birlikdə yaşadığı malikanədən köçüb.

Publika.az xəbər verir ki, bu barədə "People" məlumat yayıb.

Ulduzlara yaxın bir insayder bildirib ki, Ben Afflek Cennifer Lopez İtaliyada tətildə olarkən bütün əşyalarını toplayıb kirayəlik evə aparıb .

“Ben Brentvudda yaşamağa davam edir. Artıq iki aya yaxındır ki, oradadır. O, yəqin ki, yaxşıdır. O, hər gün ofisində olur və bütün diqqətini işinə cəmləyib. Uşaqları ilə də vaxt keçirir”, - ikinci mənbə bildirib.

May ayında Cennifer Lopez və Ben Afflekin münasibətlərində ciddi problemlər olduğuna dair şayiələr ortaya çıxdı. Bildirilib ki, aktyor onların malikanəsindən çıxıb kirayə evə köçüb. Eyni zamanda, insayder qeyd edib ki, ixtilafda sənətçinin heç bir günahı yoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
10
publika.az

10Mənbələr