AZ

Boşanacaqları iddia olunan Lopezlə Afflek GİZLİ GÖRÜŞDÜLƏR

Aktyor Ben Afflek mümkün boşanma şayiələri fonunda həyat yoldaşı Cennifer Lopezlə gizli görüşüb. 

Gundem.az xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.

Məlumata görə, iyunun 9-da Ben Afflek Cenniferlə Beverli-Hilzdə yerləşən evlərinə gəlib. Aktyor saat 17:00-dan 21:00-a kimi malikanədə təxminən dörd saat qalıb. Daha sonra sənətçi maşınına minərək oradan uzaqlaşıb.

Xatırladaq ki, may ayında Cennifer Lopez və Ben Afflekin münasibətlərində ciddi problemlər olduğuna dair şayiələr ortaya çıxıb. Bildirilib ki, aktyor birgə yaşadıqları malikanədən çıxıb kirayə evə köçüb. Ben Afflekin Cennifer Lopezin iş qrafikindən narazı qaldığı iddia olunur. Aktyor hətta həyat yoldaşının işçiləri ilə dalaşıb. (Sfera.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
3
gundem.az

10Mənbələr