AZ

Boşanacaqları deyilən Ben Afflek və Cennifer Lopez arasında gizli görüş

Aktyor Ben Afflek mümkün boşanma şayiələri fonunda həyat yoldaşı Cennifer Lopezlə gizli görüşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Page Six” məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, iyunun 9-da Ben Afflek Beverli-Hilzdə yerləşən Cennifer Lopezlə birgə evlərinə gəlib. Aktyor saat 17:00-dan 21:00-a kimi malikanədə təxminən dörd saat qalıb. Daha sonra sənətçi maşınına minərək oradan uzaqlaşıb.

May ayında Cennifer Lopez və Ben Afflekin münasibətlərində ciddi problemlər olduğuna dair şayiələr ortaya çıxıb. Bildirilib ki, aktyor onların malikanəsindən çıxıb kirayə evə köçüb. Daha sonra məlumat ortaya çıxıb ki, Ben Afflek Cennifer Lopezin iş qrafikindən razı deyil. İddialara görə, aktyor hətta həyat yoldaşının işçiləri ilə dalaşıb.

Ötən həftə jurnalistlər Cennifer Lopez və Ben Afflekin keçən il 60 milyon dollara aldıqları malikanələrini satmaq üçün rieltor tutduqlarını bildirib. İndi məşhurlar mülk üçün təxminən 65 milyon dollar almaq istəyirlər. Jurnalistlərin fikrincə, aktyorlar evin təmirinə pul xərclədikləri üçün külli miqdarda vəsait itirəcəklər.

Aydın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
10
qaynarinfo.az

10Mənbələr