AZ

"Neftçi" Azərbaycan millisinin üzvünü transfer ETDİ

2024/2025 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən “Neftçi” daha bir transferini rəsmiləşdirib.

 

Sfera.az xəbər verir ki, "ağ-qaralar" Azərbaycan millisinin üzvü Emil Səfərovla 3 illik müqavilə imzalayıb.

 

“Qəbələ”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən bu komandanın şərəfini qoruyub və 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub. O, yığmanın heyətində 4 oyuna çıxıb.

 

Qeyd edək ki, “Neftçi” bundan əvvəl monteneqrolu yarımmüdafiəçi Edvin Kuçu transfer etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
22
sfera.az

10Mənbələr